Əməkdar artist Dilarə Əliyevanın adından dələduzluq edilib.
Sosialmedia.az xəbər verir ki, aktrisa bu haqda özü məlumat yayıb. O bildirib ki,TikTok-da onun adından insanları aldadırlar:
“TikTok-da bir səhifə adımdan istifadə edərək fanatlarımı aldadır, hansısa yolla səslərimi tapıb, vatsappda onlara göndərir. Onlara özünü mənim kimi təqdim edir. Mənim yalnız rəsmi instagram hesabım var, burada da səhifəm şirkət tərəfindən idarə olunur. Daxili İşlər Nazirliyi dələduzluqla mübarizə aparır hər zaman. Belə dələduzlara inanmayın”.
D.Əliyeva məsələ ilə bağlı polisə müraciət edib.