Konyanın mərkəzi Karatay rayonunda yerləşən Fətihkent İmam Hatip Orta Məktəbində silahlı hücum baş verib.
Sosialmedia.az xarici mediaya istinadən xəbər verir ki, məktəbə gələn şəxs tərəfindən tüfənglə atəş açılıb və bələdçi müəllim Məhəmməd Öz həyatını itirib. Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Onlar müəllimin vəfat etdiyini təsdiqləyiblər.
Polis hadisə ilə bağlı 1 nəfəri saxlayıb. Hadisə ilə əlaqədar araşdırma davam edir.
43 views