“Gənclərə Çağırış: Təhsil Sadəcə Diplom Deyil, Gələcəyin Təmini Olmalıdır”

Müasir dövrdə təhsilə yanaşma və gənclərin öz ixtisasına münasibəti cəmiyyətin gələcəyini müəyyən edən əsas faktorlardan biridir.ictimai fəal gənc Əlili Yusif gənclərə etdiyi çağırışla bir daha diqqəti bu məsələyə yönəldib

Çalışın, gənclər, qəbul olduğunuz ixtisasınızı sevin və bu sahədəki biliklərinizi dərinləşdirin. Unutmayın ki, universitetdə keçirdiyiniz 4 il ərzində yalnız ilkin biliklərə yiyələnmək deyil, həm də özünüzü inkişaf etdirmək və gələcəyinizə doğru addımlar atmaq vacibdir. Diploma görə, bal xətrinə nələrəsə görə oxumayın, çünki təhsil yalnız nəticə üçün deyil, həm də şəxsi inkişafınız üçün vacibdir.

Öz gələcəyiniz üçün öyrənin, çünki bu biliklər sizə həyat boyu lazım olacaq..Çünki təhsil yalnız bir kağız parçası üçün deyil, həm də həyatımıza yön verən, bizi daha yaxşı insan və peşəkar edən bir prosesdir.

Təhsili yalnız imtahanları keçmək və müəyyən bir bal toplamaq üçün görməyin. Əslində, təhsil həyatınızı formalaşdıracaq, sizi daha güclü və dərin düşünən biri edəcək bir prosesdir. Gələcəyiniz üçün çalışın, hər gün bir addım daha irəli gedin və unutmayın ki, hər bir öyrəndiyiniz bilik,sizə gələcəkdə böyük imkanlar açacaq.

Böyük uğurlar bir anda qazanılmır. Onlar hər gün atdığınız kiçik, amma davamlı addımların nəticəsidir. Özünüzə inanın,qarşıya məqsədlər qoyun və bu məqsədlərə doğru addımaddım irəliləyin. Qarşınıza çıxan çətinliklər sizi qorxutmasın,çünki hər bir çətinlik bir dərsdir, hər bir uğursuzluq isə sizi daha da möhkəmləndirən təcrübədir. Öyrəndiklərinizi yalnız nəzəriyyə olaraq deyil, həm də real həyatda tətbiq etməyə çalışın. Seminarlar, təcrübə proqramları, layihələrdə iştirak bütün bunlar sizin həm biliklərinizi möhkəmləndirəcək, həm də yeni bacarıqlar qazanmağınıza kömək edəcək. Hər fürsəti dəyərləndirin.

Öz sahənizdə bacarıqlı olmaq üçün sadəcə dərslərlə kifayətlənmək yetərli deyil əlavə oxuyun, araşdırın, suallar verin və cavab axtarın. Həyatda sizi digərlərindən fərqləndirən əsas cəhət, sizin nə qədər dərin düşündüyünüz, nə qədər çalışqan olduğunuz və öyrənməyə nə qədər açıq olduğunuzdur. Bu yolda bəzən tək qala bilərsiniz, bəzən motivasiyanız azala bilər, amma unutmayın ki, dəyişiklik ilk növbədə sizdən başlayır. Özünüzə qoyduğunuz sərmayə  bilik, bacarıq və inkişaf sizə gələcəkdə böyük dividendlər verəcək. Gələcəyinizi bu gündən qurun. Öz sahənizdə mütəxəssis olmaq istəyirsinizsə, bu gün öyrənməyə başlamalısınız. Bu günün zəhməti sabahın uğurudur.

Özünüzə qarşı məsuliyyətli olun, çünki siz öz gələcəyinizin memarısınız. Sonda bir şeyi yadınızda saxlayın: təhsil həyat deyil, amma uğurlu bir həyatın möhkəm təməlidir. Hər gün öyrənməyə davam edin və heç vaxt inkişaf yolunda dayanmayın.
İnamla irəliləyin, çünki yol sizdən başlayır…

sosialmedia.az

194 views