Balaca gimnastlar Azərbaycana qızıl medalla qayıdıblar

Dubayda keçirilən azyaşlılar arasında”Aləm Cup Dubai 2025″ gimnastika üzrə beynəlxalq turnirə Özbəkistan, Qazaxıstan, Malayziya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Qırğızıstan və daha 10- yaxın ölkə qatılıb. Sosialmedia.az xəbər verir ki, Azərbaycanı təmsil edənlər arasında həmyerlimiz İləhə Məmmədovanın yetirmələri  Nigar Məmmədova, Yağmur Yıldırım, Nilay Əsgərova, Əsnad Sadiqova və Nilay Qarayeva birincilik əldə edərək qızıl medal qazanıblar. Ayla Hüseynli və Səma Katinova ikinci yer tutublar.
Qeyd edək ki, balaca gimnastiklardan Nigar Məmmədova bundan öncə  Bosniya, Herseqovina  baş tutan beynəlxalq turnirlərdə iştirak edərək, Azərbaycan bayrağını birincilik kürsüsündə dalğalandırmışdır.
38 views