Türkiyədəki iranlılar ölkələrinə qayıdır

Yaxın Şərqdə gərginliyin artması Türkiyə-İran sərhəd xəttində də özünü göstərdi. İranın hava sahəsini mülki uçuşlara bağlamasından sonra Türkiyədə olan İran vətəndaşları ölkələrinə qayıtmaq üçün quru yolundan istifadə etməyə başladı.

Sosialmedia.az xəbər verir ki, Ağrının Doğubayazıt rayonundakı Gürbulak Sərhəd Keçid məntəqəsində yaranan sıxlıq diqqət çəkdi. Sərhəd keçid məntəqəsinə Türkiyənin müxtəlif bölgələrindən gələn İran vətəndaşları uzun avtomobil və piyadalar növbələri yaratdılar. Rəsmi şəxslər bildirdi ki, adi günlərlə müqayisədə müşahidə olunan kəskin artım əsasən iranlı sərnişinlərdən qaynaqlanır.

 

İranlı sərnişin Sevda Mokhtari bildirib ki,İranlılar başqa ölkələrdə olsalar da, belə vəziyyətdə vətənlərinə sahib çıxmağı bacarırlar:

 

“Çoxları geri qayıtdı; heç kim qaçmadı, hamı ölkəsinə dönərək İsrailə qarşı durmağı seçdi. Müharibə davam etsə də, bitsə də mən İranın qalib gələcəyinə inanıram. Biz heç vaxt ölkəmizi tərk edib getməyəcəyik.”

23 views