İranın ali dini lideri Əli Xamenei, İsrailin hücumları və ABŞ prezidenti Donald Trampın ona qarşı səsləndirdiyi ölüm təhdidi ilə bağlı açıqlamalar verib.
Sosialmedia.az-ın məlumatına görə, Xamenei bildirib ki, İran heç vaxt təslim olmayacaq: “ABŞ-ın atacağı istənilən hücumun düzəldilməsi mümkün olmayan nəticələri olar.”
Xamenei əlavə edib ki, İran xalqı necə ki, məcbur edilən müharibəyə qarşı durub, eyni şəkildə məcbur edilən bir sülhə qarşı da dik duracaq. Bu xalq heç vaxt məcburiyyət qarşısında təslim olmayacaq.
Trampın “yerini bilirik” paylaşımına cavab olaraq Xamenei deyib: “İran tarixini bilənlər yaxşı anlayır ki, iranlılar təhdid dilini qəbul etməz.”