Sumqayıtda yerləşən çimərliklərdə monitorinq aparılıb.
Sosialmedia.az xəbər verir ki, yoxlama Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilib. Dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib. Araşdırmalar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə keçirilib.
May ayından etibarən aparılan müayinələrə Novxanı çimərliyi də daxil edilib.
26 views