Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub.

 

Sosialmedia.az xəbər verir ki, bu barədə məlumatı “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a bildirib. Onun sözlərinə görə, səfərin məqsədi media və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrini Xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.

 

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Quliyev TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir:

2023-cü il ərzində Qobustan Rayon Mərkəzi Xəstəxanasına 75 min 600 ambulator, 790 stasionar və 10 min 200, 2024-cü il və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə 2 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb.

 

“2025-ci ilin ilk 5 ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 10 546 023 müraciət qeydə alınıb. Onlardan 219 180-i stasionar, 10 326 843-ü ambulator olub. Eyni dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 37 481 249 (4 889 729-u stasionar, 32 591 520-si ambulator olmaqla) olub”.

 

Həmçinin Elnur Quliyev əlavə edib ki, TƏBİB-in Kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyəti təkmilləşdirilir, bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur və onların bilik-bacarıqlarının artırılması üzrə mütəmadi təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir.

55 views