Sosilmedia.az

“Sumqayıt”dan uşaq futboluna DƏSTƏK

“Sumqayıt” Futbol Klubu tərəfindən “Yay futbol düşərgəsi” layihəsi təşkil olunub.

Sosialmedia.az xəbər verir ki, proqram “Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB-nin, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə həyata keçirilir.

“Yay futbol düşərgəsi” 9 gün ərzində 3 qrup üzrə keçiriləcək. Layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək.

280 views