“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin üzvləri üçün açıq havada sosial görüş təşkil olundu

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi öz fəaliyyət istiqamətinə uyğun olaraq üzvlərinin sosial rifahının və psixoloji rahatlığının təmin olunmasına, asudə vaxtlarının səmərəli təşkili və sosial inteqrasiyanın gücləndirilməsinə daim önəm verir.

Sosialmedia.az xəbər verir ki, bu məqsədlə təşkilatın bir qrup üzvü üçün Sumqayıt şəhərində açıq havada sosial görüş keçirildi. Görüş zamanı iştirakçılar təbiət qoynunda xoş istirahət etdilər, bir-birləri ilə daha yaxından ünsiyyət qurdular və ictimai həyatda daha fəal iştirak üçün motivasiya qazandılar. Tədbir çərçivəsində müxtəlif əyləncəli və maarifləndirici oyunlar, həmçinin komanda ruhunu gücləndirən fəaliyyətlər təşkil olundu.
Bu cür tədbirlər birliyin üzvlərinin cəmiyyətə daha fəal inteqrasiyası, sosial bacarıqlarının inkişafı və gündəlik həyat keyfiyyətinin artırılması baxımından mühüm rol oynayır.
Tədbirin sonunda iştirakçılar göstərilən diqqət və qayğıya görə təşkilat rəhbərliyinə təşəkkürlərini bildirdilər və belə görüşlərin davamlı olmasını arzuladılar.
35 views