Rusiyanın Azərbaycana qarşı siyasəti – dəyişməyən imperial maraqlar / AÇIQLAMA

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova Rusiyanın Azərbaycana qarşı siyasətinin dəyişməz imperial maraqlara xidmət etdiyini və tarix boyu bu siyasətin müxtəlif adlarla davam etdiyini vurğulayıb.

Sosialmedia.az xəbər verir ki, Səbinə Kərimova Rusiyanın Azərbaycan torpaqlarına müdaxilələrinin və ölkəmizin müstəqilliyi qarşısında etdiyi təzyiqlərin tarixdəki təkrarlanan bir mövzu olduğunu bildirib:

“1. 1828-ci il Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqları parçalandı, Araz çayı ilə xalq iki yerə bölündü.

2. 1918–1920-ci illərdə Xalq Cümhuriyyətimizə qarşı hərbi müdaxilə edildi, müstəqilliyimiz zorla əlimizdən alındı.

3. 1920-ci ildə Zəngəzur Rusiyanın iştirakı ilə Azərbaycandan alınaraq Ermənistana verildi – bu, coğrafi və strateji baxımdan xalqımıza qarşı böyük zərbə idi.

4. 1990-cı il Qanlı Yanvar – Sovet ordusu Bakıya girərək yüzlərlə dinc insanı qətlə yetirdi, xalqın azadlıq iradəsinə qarşı çıxış etdi.

Bu gün də Rusiya Ermənistanı açıq-aşkar dəstəkləyir, İranla birgə Azərbaycana qarşı informasiya, siyasi və diplomatik təzyiqlər həyata keçirir. 44 günlük müharibədən sonra bölgədə sülhməramlı adı ilə yerləşsə də, Qarabağda separatizmin yaşamasına göz yumdu.

Son hadisələr onu göstərir ki, biz susduqca, Kremilin təziqi daha geniş busat alır.

Tarix dəyişsə də, Kremlin bizə baxışı dəyişmir. Bu gün biz daha ayıq, daha güclü və daha birlikdə olmalıyıq. Susmaq zamanı deyil!”

 

51 views