Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb.
Sosialmedia.az xəbər verir ki, “Nun” MMC-yə sözügedən sənaye parkının rezidenti statusu verilib. Yeni rezident tərəfindən polimer kisə istehsalı layihəsi həyata keçiriləcək.
Layihənin investisiya dəyəri 11,2 milyon manat təşkil edir. Hindistanın “Lohia Corp Ltd.” şirkətinin texnologiyasından istifadə ediləcək müəssisədə il ərzində 3120 ton laminatlı və polipropilen kisə istehsal edilməsi nəzərdə tutulur.
28 views