“Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul 2025-ci il tarixindən “Zülmətdən Qurtuluşa” layihəsinin icrasına başlayıb.
Sosialmedia.az xəbər verir ki, layihə rəhbəri Elçin Çobanzadənin sözlərinə görə, layihənin əsas məqsədi narkomaniya və digər asılılıqlarla mübarizənin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği və gənclərin zərərli vərdişlərdən qorunmasıdır.
Layihə çərçivəsində uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda sağlam həyat tərzinə marağın artırılması və maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur. Əldə olunan təcrübələr göstərir ki, narkomaniyaya meyil edən gənclərin əksəriyyətində uşaqlıq və yeniyetmə dövründə yaşanmış psixoloji travmalar və boşluqlar əsas səbəblərdəndir.
“Zülmətdən Qurtuluşa” layihəsi çərçivəsində eyniadlı filmin çəkilişi planlaşdırılıb. Layihənin icrası 3 ay davam edəcək və yekunda filmin ictimai təqdimatı keçiriləcək.
50 views