Müğənni Natavan Həbibi Əməkdar artist Könül Kərimovanın ondan istəyinə cavab verib.
Sosialmedia.az xəbər verir ki, sənətçi “İncə səhər” proqramına açıqlama verib. O bildirib ki, duet üçün mahnı da tapıb:
“Könül Kərimova ürəyimdi, onu çox istəyirəm. Gözəl insandır və mənə ilk vaxtlar dəstək olanlardandır. Təklif mənim üçün böyük çıxar. Könül Kərimovanın istəyi borcdur. Onun səs çalarları gözəldir. Bizim mahnılarımız var. Ona göndərmişəm, çox bəyənib. Ağlaya-ağalaya mənə zəng etdi ki, kim yazıb bunu? Mahnıları onun öz bacısı oğlu yazıb”.