Zaxarovadan Azərbaycanla bağlı açıqlama

Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidir.

Sosialmedia.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bundan istifadə edib “əllərini isitmək” istəyənlər çoxdur, amma çalışıb yanmasınlar. Çünki bizim üçün iki xalqın dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünməlidir”, – o bildirib.

39 views