Sosialmedia.az

İyulun ilk ongünlüyü üçün hava xəbərdarlığı

İyul ayının birinci ongünlüyündə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Sosialmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyul ayının birinci ongünlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qeyd edək ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2 dərəcə, iyun ayında 1 dərəcə yuxarı olub. İyul ayının birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır.

İyul ayının birinci ongünlüyündə havanın maksimal temperaturunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-8 dərəcə aşağı olacağı gözlənilir.

Belə ki, ötən ilin iyul ayının birinci ongünlüyündə bölgələrdə 40 dərəcəyədək isti müşahidə edilmişdisə, bu ilin müvafiq dövründə bölgələrdə 35 dərəcəyə yaxın isti olacağı ehtimal olunur.

36 views