Qurd dərəsi yaşayış massivində antisanitar vəziyyət yaranıb.
Sosialmedia.az xəbər verir ki, bu vəziyyətlə bağlı sakinlər öz narazılıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, ərazidən keçən Samur-Abşeron kanalına məişət tullantıları birbaşa atılır. Belə olduğu halda, ətraf mühit çirklənir. Bundan əlavə, əraziyə yayılan pis qoxu yaşayış üçün xoşagəlməz şərait yaradır.
Sakinlər mövzu ilə bağlı məsul qurumlardan problemin aradan qaldırılması üçün tədbirlər həyata keçirilməsini tələb edirlər. Onlar belə bir mənzərənin insan sağlamlığa mənfi təsir etdiyini vurğulayırlar.
25 views