Sumqayıt şəhərində 4 saylı avtobuslarla bağlı dəyişiklik edilib.
Vətəndaşlar, əsasən də Corat sakinləri sözügedən marşrut xəttindən şikayətlənirdilər. Narazılıqların əksər hissəsi qrafik və nəqliyyat vasitərlərinin vəziyyəti ilə bağlı olub.
Sosialmedia.az-a daxil olan məlumata görə, marşrut dünəndən etibarən “Sumqayıt Nəqliyyat-1” MMC-nin balansına verilib, xəttə restavrasiya olunmuş “İsuzu Novo Citi” markalı avtobuslar buraxılıb və nəqliyyat vasitələrinin sayı artırılıb.
32 views