Sumqayıtın deputatı “gənclik şəhəri”nin Özbəkistanın Daşkənd vilayəti ilə qardaşlaşmasından danışıb.
Millət vəkili Səbinə Salmanova Sosailamedia.az-a bildirib ki, imzalanan sənədlər sırasında “Sumqayıt şəhəri ilə Özbəkistanın Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”un yer alması sevindirici haldır:
“Sumqayıt və Daşkənd şəhərləri sənaye potensialı, innovasiya imkanları və gənc əhalisi baxımından ortaq xüsusiyyətlərə malikdir. Bu baxımdan protokolun imzalanması ticarət, sənaye, təhsil, ekologiya, mədəniyyət və sosial layihələr üzrə çoxşaxəli əməkdaşlıq üçün geniş imkanlar açacaq. Həmçinin, şəhərlərarası diplomatiya vasitəsilə xalqlarımızın yaxınlaşmasına töhfə verəcək”.
39 views