Sosialmedia.az

6 min manat müavinət kimlərə veriləcək?

Valideynlərini itirən və valideyn himayəsindən məhrum olunan şəxslərə ilk dəfə işə düzələn zaman 6 min manat məbləğində birdəfəlik ödəniş veriləcək.

Sosialmedia.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

“Əgər vətəndaş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxsdirsə və ilk dəfə işə düzəlirsə, o zaman DOST mərkəzinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə 6 min manat məbləğində birdəfəlik kompensasiya almaq hüququna malikdir”, – deyə deputat bildirib.

27 views