Sosialmedia.az

“Atamın vəfatından sonra səhhətimdə problem yarandı”

Aparıcı Xoşqədəm Hidayətqızı atası Hidayət Baxşəliyevin vəfatından sonra səhhətində problem yarandığını deyib.

Sosialmedia.az xəbər verir ki, aparıcı bu haqda “Həmin Zaur” proqramında danışıb. O bildirib ki, atasına çox bağlı olub:

“Atam Allahdan sonra mənim Allahım idi. Bu itki səhhətimə ciddi təsir etdi. Hazırda çox ciddi müalicə alıram. Stress sağlamlığıma ciddi zərər vurdu”.

Qeyd edək ki, X.Hidayətqızı bir müddət əvvəl anası və atasını itirib.

29 views