Gələn mövsüm iddialı olacağıq”.
Bu sözləri Sosialmedia.az–a açıqlamasında “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev deyib.
“Kimyaçılar”ın birinci şəxsi bildirib ki, növbəti sezondan gözləntiləri böyükdür. O, ötən “futbol ili”ndən fərqli olaraq, bu dəfə yüksək yerlər uğrunda mübarizə aparacaqlarını söyləyib:
“Məqsədimiz şəhərimizi və azarkeşlərimizi sevindirməkdir. Sumqayıt əhalisi bütün ümidlərini bizə bağlayıb.
Böyük şəhərin tək komandasıyıq. Yeni baş məşqçiyə və futbolçulara əlimizdən gələn dəstəyi verəcəyik.
“Sumqayıt” Avropa görmüş, yaxşı nəticələri olan klubdur. Həmin nəticələri təkrarlamaq və daha da irəli getmək niyyətindəyik.
Bunu bacaracağımıza inanıram. Hər halda yaxşı olmalıdır. Ümumiyyətlə, “Sumqayıt”ın çempionata xüsusi rəng qatacağına əminəm”.
Gənclik şəhəri təmsilçisi 2018-ci ilin yazından etibarən Riad Rəfiyevin nəzarəti altındadır.
39 views