Sosialmedia.az

Sumqayıtda “Yaşma bağları” sakinləri yolsuzluqdan əziyyət çəkir

Sumqayıt şəhərinin “Yaşma bağları” yaşayış massivində yol problemi sakinlərin gündəlik həyatını çətinləşdirir.

Sakinlər Sosialmedia.aza bildiriblər ki, xüsusilə yağıntılı havalarda yollar keçilməz vəziyyətə düşür, avtomobillə hərəkət isə ya qeyri-mümkün olur, ya da nəqliyyat vasitəsinə ciddi texniki ziyan dəyir.

“Avtomobili ya yolun kənarında saxlayırıq, ya da bata-bata sürməyə məcbur oluruq,” — deyə sakinlərdən biri bildirib. Qeyd olunub ki, bu vəziyyət uzun müddətdir davam edir və məsələ ilə bağlı dəfələrlə şikayət edilməsinə baxmayaraq, hələ də heç bir ciddi tədbir görülməyib.

Sakinlər aidiyyəti qurumlardan yolların bərpası və infrastrukturun yaxşılaşdırılması istiqamətində təcili tədbirlər görülməsini xahiş edirlər.

32 views