Keçmiş qaçqın və məcbur köçkün ailələrinin övladlarına pulsuz məktəbli formaları veriləcək.
Sosialmedia.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb.
Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur.
Ümumilikdə isə 8000 dəst məktəbli formasının satın alınması ilə bağlı BTE ilə bağlanılan müqavilənin dəyəri 226.560 manat müəyyənləşib.
34 views