Sosialmedia.az

Avtomobil 78 yaşlı kişini VURUB

Bakı-Sumqayıt yolunda avtoqəza baş verib.

Sosialmedia.az xəbər verir ki, hadisə magistralın Xırdalan ərazisindən keçən hissəsində qeydə alınıb. “Renault” markalı avtomobil yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 78 yaşlı Məhəmməd Süleymanovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

12 views