Sosialmedia.az

Sumqayıtda kirayəyə mənzil götürənlərin sayı AÇIQLANIB

Kirayə mənzil mexanizmi çərçivəsində təkcə bu il 1 023, ötən il isə 1871 müqavilə bağlanılıb.

Sosialmedia.az xəbər verir ki, bunu Fondun Kirayə mənzil departamentinin kirayəçilərlə iş şöbəsinin rəisi Tapdıq Məmmədov bildirib:

“2020-2025-ci illərdə bağlanmış müqavilələrin 22 %-i Sumqayıt şəhərinin payına düşüb”, – deyə Fond rəsmisi bildirib.

O, həmçinin qeyd edib ki, müraciət edənlərin orta yaşı 34, orta aylıq gəliri 1 400 manat, orta aylıq ödəmə qabiliyyəti isə 1 200 manatdır.

Bundan əlavə, fond rəsmisi bildirib ki, müraciət edənlərin 51 %-i dövlət sektorunda işləyənlərdir.

30 views