Sosialmedia.az

Təhsil naziri: “30 sualı cavablandıran müəllimin məktəbdə işləməsi düzgün deyil”

“Sertifikatlaşdırma prosesi artıq növbəti mərhələsini uğurla başa vurub. Gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsi təmin ediləcək”.

Sosialmedia.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, sertifikasiya prosesi 2022-ci ildən başlayıb:

“Ümumilikdə 8 minə yaxın müəllimin bu prosesdə fəaliyyətinə xitam verilib. İmtahanda 30 suala cavab verən müəllimin Azərbaycan məktəbində fəaliyyət göstərməsi düzgün deyil”.

31 views