Sosialmedia.az

Sumqayıtda bu zavodların fəaliyyəti DAYANDIRILIB

Sumqayıtda “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Azərikimya” İB məlumat verib.

Bildirilib ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.

28 views