Sumqayıtda iyulun 26-27-də Azərbaycanın qadınlardan ibarət basketbol yığmasının oyunları keçiriləcək.
Bunu Report.az-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov deyib.
Qurum rəsmisi komandanın Avropa Kubokuna ciddi hazırlaşacağını vurğulayıb:
“Millinin əsas hədəfi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq Avropa Kubokunda Azərbaycanı layiqincə təmsil etməkdir. Buxarest mərhələsi hazırlıq prosesinin bir hissəsi idi.
Qızlar hazırlıq prosesinin növbəti hissəsini Serbiyada davam etdirəcəklər. Daha sonra isə iyulun 26-27-də Qadın Seriyasının Sumqayıt mərhələsi start götürəcək və millimiz doğma azarkeşlər önündə yarışı qalib kimi tamamlamağa çalışacaq. Düşünürəm ki, intensiv məşqlər və oyunlar sayəsində Avropa Kubokunda uğurlu nəticə əldə edə bilərik”.http://Sosialmedia.az
29 views