Sosialmedia.az

Sumqayıtdakı “Azərboru” zavodunda YENİLİK

Cənubi Qafqazın ən böyük polad istehsalçısı olan “Baku Steel Company” QSC (bundan sonra – BSC) Sumqayıt şəhərindəki “Azərboru” İstehsalat Sahəsində genişmiqyaslı modernizasiya layihəsinin ilk mərhələsini tamamlayıb.

Sosialmedia.az xəbər verir ki, layihə şirkətin uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və “Azərboru”nun ixrac yönlü məhsullara əsaslanan müasir yüksək texnoloji istehsalat sahəsinə çevrilməsində mühüm addımdır.

“Azərboru”nun modernizasiyasının ilk mərhələsinin həyata keçirilməsi mühüm istehsal nəticəsi olmaqla yanaşı, həm də BSC-nin texnoloji həllər, beynəlxalq tərəfdaşlıq və strateji baxışa əsaslanan dayanıqlı inkişaf modeli qurmaq bacarığının sübutudur. Şirkət Azərbaycanın metallurgiya sektorunda aparıcı oyunçu və qlobal bazarda etibarlı təchizatçı kimi rolunu gücləndirərək istehsal güclərini inkişaf etdirməyə, məhsulların çeşidini genişləndirməyə və keyfiyyətini təkmilləşdirməyə davam edəcək.

43 views