Sosialmedia.az xəbər verir ki, İyulun 14-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədovun son təlimləri keçirilib.
BAMF-ın baş ofisində “BMT orqanlarına alternativ hesabatların (kölgə) hazırlanması və verilməsi prosedurları” və “BMT-də insan hüquqları üzrə əsas monitorinq və qiymətləndirmə bacarıqları” mövzularında keçirilən təlimlərdə 23 QHT nümayəndəsi iştirak edib. Bununla da sözügedən layihə çərçivəsində ümumilikdə 2 həftə davam edən və BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə həsr olunan ilk təlim proqramı başa çatıb.
Məlumat üçün bildirək ki, iyulun 17-də isə layihənin 2-ci təlim proqramına – BMT-nin İqtisadi və Sosial şurasına (ECOSOC) üzvlüklə bağlı təlimlərə start veriləcək. Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq və aktivliyi ilə seçilən təşkilatların ECOSOC-da üzvlük qazanmalarına dəstək göstəriləcək.