Sosialmedia.az

Sumqayıtda yaşayan şəxs TERRORÇULUQDA İTTİHAM EDİLİR

Sumqayıtda yaşayan Abdulla Əliyev Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirildiyi barədə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Sosialmedia.aznın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs ifadə verərək törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.

Şahidlərin iştirakının təmin edilməsi üçün növbəti proses avqustun 4-nə təyin edilib.

Bildirək ki, Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

İttihama görə, Sumqayıtda yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.

Məlumata əsasən, o, ötən il dekabrın 28-də avtomobillə Bakıda yəhudi sinaqoquna yaxınlaşaraq “Molotov kokteyli” və silah qismində istifadə etmək istədiyi digər əşya və predmetlərlə ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb. Abdulla Əliyevin “Abu Radd” ləqəbli terror liderinə beyət edərək terrorçu fəaliyyətlərə başladığı bildirilib. Onun sosial şəbəkələrin birində yaradılmış “KHALIFATUL MUSLIMUN” adlı qrupun üzvü olduğu aşkarlanıb. Təqsirləndirilən şəxsin “İŞİD Xorasan”ın liderlərindən biri ilə təmasda olduğu və təlimat aldığı da

28 views