Sosialmedia.az

Tələbələrin köçürülməsinə START VERİLDİ

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Məlumata əsasən, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” elektron xidmətinə daxil olaraq müraciət formasını doldurub təsdiqləməlidirlər.

Elektron müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq.

Xatırladaq ki, müraciət zamanı tələb olunan sənədlər sistemə elektron şəkildə yüklənməli, təqdim olunan məlumatlar isə tam və dəqiq şəkildə göstərilməlidir.

33 views