Sosialmedia.az

Bu gün Mirzə Babayevin DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli müğənni, Xalq artisti Mirzə Babayevin doğum günüdür.

Sosalmedia.az xəbər verir ki, Azərbaycan estrada musiqisinin unudulmazlarından olan Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya göz açıb.

Mirzə Babayev 1935-1940-cı illərdə Memarlıq fakültəsində təhsil alıb. Bu zaman həm də institutun bədii özfəaliyyət kollektivinin fəal üzvü olub. Ürəyəyatan səsi, gözəl ifa tərzi ilə tələbə və müəllimlərin rəğbətini qazanıb.

İnstitutu bitirəndən sonra rəssamlıq sənətinə də maraq göstərib. Bu arzu ilə o, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. İctimai həyatda həm memar, həm də rəssam kimi fəaliyyət göstərib. Sumqayıtda bir neçə inzibati bina onun layihəsi əsasında tikilib.

Onu da əlavə edək ki, o Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox bina və muzeylərin layihə müəllifidir.

Xatırladaq ki, ömrünün 90-cı ilində səhhətində yaranan problemlər nəticəsində 2003-cü il yanvarın 13-də sənətkar əbədiyyətə qovuşub.

27 views