19 yaşlı italiyalı velosipedçi Samuele Privitera, 23 yaşadək idmançılar arasında keçirilən “Giro della Valle d’Aosta” yarışında faciəvi şəkildə həlak olub. Yarış zamanı yıxılan idmançı baş nahiyəsindən ciddi zədə alıb, qəza anında isə onun qoruyucu dəbilqəsi çıxmış vəziyyətdə olub.
Sosialmedia.az xəbər verir ki, bu barədə məlumatı yarışın mətbuat xidməti yayıb.
Hadisənin ardından təşkilatçılar iyulun 17-nə planlaşdırılan Passidəki ikinci mərhələni ləğv ediblər. Yarış iyulun 18-də davam etdiriləcək.
Xatırladaq ki, Samuele Privitera cari il gənclər arasında keçirilən “Giro d’Italia 2025” yarışında iştirak edib və ümumi sıralamada 63-cü pillədə qərarlaşıb.
134 views