Sumqayıt bələdiyyəsinin sədri vətəndaşları qəbul edib.
Sosialmedia.az xəbər verir ki, Sumqayıtda vətəndaş yönümlü idarəetmə fəlsəfəsi artıq konkret addımlarla həyata keçirilir.
Bildirilib ki, Sumqayıt şəhər bələdiyyəsinin sədri Adil Xudadatovun rəhbərliyi ilə vətəndaşların növbəti qəbul görüşü baş tutub.
Sumqayıtın müxtəlif ərazilərindən gələn sakinlər yol və küçələrin vəziyyəti, abadlıq, sosial dəstək, maddi yardım və infrastrukturla bağlı problemləri səsləndiriblər.
Bundan əlavə, bəzi məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
31 views