Süni intellekt əsasında fəaliyyət göstərən ChatGPT qısa müddətdə bir çox istifadəçinin gündəlik həyatında məsləhətçi rolunu oynamağa başlayıb. Bəziləri onu faydalı tövsiyələr üçün, digərləri isə sadəcə əyləncə məqsədilə istifadə edir.
Sosialmedia.az xəbər verir ki, mütəxəssislər bu platformadan istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edirlər. Onların fikrincə, müəyyən mövzuların və ya şəxsi məlumatların ChatGPT ilə paylaşılması şəxsi təhlükəsizlik baxımından risk yarada bilər.
Mütəxəssislər istifadəçiləri bu cür süni intellekt alətlərindən istifadə edərkən şəxsi məlumat, bank detallar və ya həssas informasiyaları paylaşmamağa çağırırlar. Belə hallarda məlumatların üçüncü tərəflərə ötürülməsi ehtimalı istisna edilmir.
Xatırladaq ki, ChatGPT istifadəsi zamanı istənilən mövzuda cavab alına bilər, lakin təhlükəsizliyin qorunması hər bir istifadəçinin öz məsuliyyətindədir.
ChatGPT-də qadağan olunan mövzuların siyahısı: