Novxanıda heyvanlar xilas olunub.
Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra “AF Hotel”də heyvanların pis şəraitdə saxlanması ilə bağlı araşdırma aparılıb.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə DİN, ETSN və AQTA nümayəndələri obyektə baxış keçirib.
Orada 7 pişik və 1 itin qeyri-qənaətbəxş şəraitdə saxlanıldığı aşkarlanıb.
Əlavə olaraq, icazəsiz fəaliyyət göstərən zoopark müəyyən edilib.
Burada flaminqo, yenot, lama, alpaka, tutuquşu, dovşan, poni və s. heyvanlar aşkarlanıb.
Bütün heyvanlar mütəxəssislər tərəfindən götürülüb və müayinə edilib.
Reabilitasiyadan sonra sahiblənmə mərkəzinə və ya təbiətə buraxılacaqlar.
IDEA vətəndaşları heyvanlara qarşı məsuliyyətli olmağa və pozuntu hallarını “1113” qaynar xəttinə bildirməyə çağırırhttp://Sosialmedia.az
