Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunur

Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunur

Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunur – “Əkinçi”dən başlayaraq mətbuatımızın zəngin tarixi və yubiley tədbirlər

Bu gün – 22 iyulda Azərbaycan milli mətbuatının yaranmasının 150 – ci illiyi tamam olur. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan mətbuat, milli şüurun formalaşmasında mühüm rol oynayıb.

150 il əvvəl işıq üzü görən ilk milli mətbuat orqanı – “Əkinçi” qəzeti xalqın maariflənməsi, milli şüurun formalaşması və azad fikir mühitinin yaranmasında böyük əhəmiyyət kəsb edib. Həsən bəy Zərdabinin başladığı bu yol sonradan “Ziya”, “Kaspi”, “Molla Nəsrəddin” kimi mətbuat orqanları ilə daha da genişlənib.

2025-ci ilin “Azərbaycan Milli Mətbuatının 150 illiyi” ili kimi qeyd olunması ilə bağlı hazırlıqlar davam etdirilir. Bu əlamətdar yubiley çərçivəsində bir sıra tədbirlər, konfranslar və mükafatlandırmalar həyata keçirilir.

Qeyd edək ki, bu gün ölkənin aparıcı jurnalistləri, redaktorları və media qurumları milli mətbuatın inkişafında göstərdikləri xidmətlərə görə dövlət tərəfindən də təltif olunur.

Sosialmedia.az 

56 views