Sumqayıtda Fövqəladə Hallar Nazirliyi Xəzərin sahilyanı ərazisində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirib.
Sosialmedia.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd su hövzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Qeyd olunub ki, təlimdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri xilas edərək” ilkin yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil veriblər.
Təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
40 views