ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt texnologiyasını inkişaf etdirmək və ona əsaslanan müxtəlif inkişafların ixracını artırmaq məqsədi daşıyan üç fərman imzalayıb.
Sosialmedia.az “The Guardian”a istinadən xəbər verir ki, Amerika lideri bunu Vaşinqtonda süni intellektin inkişafına həsr olunmuş konfransda çıxışı zamanı deyib.
“Amerika süni intellekt sahəsində yarışa başlayan ölkədir. Mən ABŞ Prezidenti kimi bu gün Amerikanın qalib gələcəyini elan edirəm”, – Tramp bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar hazırda süni intellekt sahəsində Çindən çox irəlidədir və bu üstünlüyünü möhkəmləndirmək niyyətindədir.
48 views