Nyu-York Əmtəə Birjasının bölməsi olan COMEX-də 2025-ci ilin avqust ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti 18 iyul 2025-ci il tarixindən bəri ilk dəfə trua unsiyası üçün 3 350 dollar səviyyəsindən az olub.
Sosialmedia.az-ın məlumatına görə, bu, ticarət platformasının məlumatlarından bəlli olur.
Bakı vaxtı ilə saat 12:28-ə olan məlumata əsasən, qızılın qiyməti 0.38% azalaraq trua unsiyası üçün 3 348.1 dollar təşkil edib. Bakı vaxtı ilə 12:45-ə qızılın qiyməti unsiya üçün 3 349.6 dollara (-0.34%) çatıb.
31 views