2025/2026-cı tədris ilində Sumqayıt Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrlar elektron qeydiyyatdan keçdikdən sonra aşağıda qeyd olunan sənədləri qovluqda 15 sentyabr 2025-ci il tarixindən etibarən (şənbə və bazar günləri istisna olmaqla) Sumqayıt Dövlət Universitetinin Magistratura şöbəsinə (Əsas bina, II mərtəbə, 243 nömrəli otaq, saat 10:00-dan 16:00-dək) təqdim etmək tələb olunur.
Sosialmedia.az sözügedən sənədləri təqdim edir:
1. Şəxsiyyət vəsiqəsi (2 ədəd surəti);
2. Bakalavr diplomu və diploma əlavəsi;
3. Cari ilin məzunları üçün ali təhsili müvəffəqiyyətlə başa vurduqlarını təsdiq edən, imzalı və möhürlü arayış;
4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);
5. 4 ədəd 3×4 sm ölçülü fotoşəkil;
6. Ödənişli əsaslarla qəbul olunmuş şəxslər üçün təhsil haqqının ödənilməsini təsdiq edən qəbzin surəti.
(Təhsil haqqını gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəyə bilərsiniz. Bunun üçün sayta daxil olaraq “Bütün xidmətlər” bölməsindən TƏHSİL, daha sonra isə ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətini seçmək, açılan səhifədə müvafiq məlumatları daxil etməklə ödənişi icra etmək lazımdır.);
7. Qanunvericiliyə əsasən imtiyazlı statusa malik olan (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar və s.) şəxslər üçün imtiyazı təsdiq edən sənədin notarial qaydada təsdiqlənmiş surəti.
Qeyd edək ki, sənədləri qaydalara uyğun təqdim etməyən bakalavrların magistraturaya qəbulundan imtina ediləcək.
35 views