“Rusiya və Ukrayna iki ölkə prezidentlərinin görüşünün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər”.
Sosialmedia.Az -ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalının efirində bildirib.
Onun sözlərinə görə, İstanbulda keçirilən danışıqlarda Rusiya lideri Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün şərtləri müzakirə olunub.
“Türkiyədə liderlərin sammitinin keçirilməsi ilə bağlı prinsipial razılıq əldə olunub. Danışıq qrupları burada mühüm rol oynayırlar”, – deyə H.Fidan bildirib.
41 views