Bu gün Xalq artisti Nəcibə Məlikovanın vəfatından 33 il ötür.
Sosialmedia.Az xatırladır ki, Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna qəsəbəsində anadan olub. İlk təhsilini Bakıda alıb. 1940-1943-cü illərdə Bakı Teatr Məktəbində Fatma Qədrinin sinfində oxuyub.
O, öz istəyilə Gəncə Dövlət Dram Teatrına gedib. Bir neçə tamaşada çıxış etdikdən sonra Bakıya qayıdıb. Sonra Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə oranı bitirib. Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrında epizodik rollar ifa edib. 1952-ci ildən etibarən isə həmin teatrda fəaliyyətini davam etdirib.
Nəcibə Məlikova həm klassik, həm də müasir dramaturqların əsərlərində oynayıb. O, bir çox məşhur tamaşalarda uğurlu çıxışlar edib. Bunlara Hüseyn Cavidin “Şeyx Sənan” və “Səyavuş”, Cəfər Cabbarlının “Sevil” və “Aydın”, Səməd Vurğunun “Vaqif” və digər əsərlər daxildir.
O, kinoda da yaddaqalan rollar yaradıb. “Ögey ana” filmində Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da isə Nərgiz xala obrazları buna nümunədir.
Əməkdar artist adına 1959-cu ildə, Xalq artisti adına isə 1974-cü ildə layiq görülüb.
1992-ci il iyulun 27-də vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.
14 views