Castin Timberleykin bu gün Bakı Olimpiya Stadionunda verəcəyi konsertlə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, Heydər Əliyev prospekti, Nizami rayonu və Xəlil Rza Ulutürk küçəsindən stadion istiqamətində nəqliyyat axınına məhdudiyyət qoyulub. Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrində HƏRƏKƏT MƏHDUDLAŞDIRILDI

Bakı Olimpiya Stadionunda keçiriləcək konsertə görə bir sıra küçələrdə nəqliyyat məhdudlaşdırılıb. Məhdudiyyət Heydər Əliyev prospekti, Nizami rayonu və Xəlil Rza Ulutürk küçəsini əhatə edir.

Sosialmedia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edək ki, bu gün BOS-da Castin Timberleykin konserti olacaq.

29 views