Sosialmedia.az

FHN: “Boğulma təhlükəsi ilə üzləşmiş 46 nəfər xilas edilib”

“Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarətində olan çimərliklərdə mövsüm başlayandan indiyə qədər suda boğulma nəticəsində ölüm faktı qeydə alınmayıb”.

Bu barədə Sosialmedia.az-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən nəzarət olunan çimərliklərdə mövsüm başladığı gündən indiyədək suda boğulma təhlükəsi ilə üzləşmiş 46 vətəndaş xilas olunub.

Məhərrəm Əliyev

28 views