Novxanı çimərliyi və xilasetmə səhnəsi

Novxanıda hərbçi oğlanı xilas etdi, özü isə boğuldu…

Novxanı çimərliyində iki nəfərin dənizdə boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.

Sosialmedia.az-ın məlumatına görə, Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən hadisə vaxtı dənizdə boğulan yeniyetmələrdən birini DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu xilas edib.

Belə ki, 22 yaşlı MAXE Rəvan Əliyev boğulmaqda olan 16 yaşlı Sənan Şamayevi xilas edib. O, digər yeniyetmə – 16 yaşlı Əli Cabbarovun xilas etmək istəyərkən hər ikisi suda boğulub.

Bildirilir ki, yeniyetmələr dənizə Sənanın atası ilə birgə olublar.

Faktla bağlı araşdırma aparılır.

35 views