Əfsanə Qasımlının mistik seans təklifi sosial şəbəkələrdə rezonans doğurdu

Sosial şəbəkədə yeni trend-tələ: 250 manata ad dəyişdirib, “xoşbəxt edirlər”

Sosial mediada qeyri-adi psixoloji seanslarla müəyyən istəklərə nail olmaqla bağlı paylaşımlar yenidən gündəm olub.Sosialmedia.az

Özünü psixoloq və ruhi-mənəvi kouç (spiritual coach) kimi təqdim edən Əfsanə Qasımlı ödəniş qarşılığında “yay bombası” hazırlaması ilə bağlı paylaşım edib. O, sözügedən paylaşımda bildirib ki, prosesə müxtəlif seanslar, “şəfa prosesləri” vasitəsilə ad dəyişdirilməsi daxildir. Ə.Qasımlı iddia edir ki, bir proses hər şeyi dəyişməyə bəs etməyə bilər, amma bu yolu buraxmadıqda həyat 100% dəyişir – qadınlar “kişiləri və hadisələri” cəlb edir, “bərəkət kodu” aktivləşir.

Bu xidmətlərin hamısının da, təbii ki, öz qiyməti var. Ən ucuz xidmət 150 manatdan başlayır.

Xatırladaq ki, Əfsanə Qasımlının təşkil etdiyi, kütləvi hipnoza bənzər bir seansın videosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Həmin vaxt o, sözügedən videonu yayan şəxsin tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini və məhkəməyə verəcəyini bildirmişdi.

Qeyd edilən məsələ ilə bağlı Əfsanə Qasımlı ilə yenidən əlaqə qurmağa çalışsaq da, mümkün olmadı.

27 views