“Tağıyev” filminin ikinci sezonu çəkilə bilər”.?
Sosialmedia.az xəbər verir ki, bunu “Tağıyev” filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı “Gilavar” yutub layihəsində deyib.
O bildirib ki, “Tağıyev” filmi əslində 8 bölüm yazılıb.
“Filmin yalnız 4 bölümü ekranlaşdırıldı. Maliyyə olacağı təqdirdə, digər 4 bölüm də çəkiləcək” deyə, o, əlavə edib.
Onun sözlərinə görə, bu bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü “Tağıyev: Neft” və “Tağıyev: Çar” artıq kinoteatrlarda nümayiş etdirilib.
39 views